Millimizin üzvünün komanda yoldaşı mövsümü başa vurdu

19:13 - 17 Noyabr 2016

Milli komandamızın forvardı Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Bursa təmsilçisinin əsas oyunçularından olan Sərdar Kurtuluş sıradan çıxıb. 29 yaşlı müdafiəçinin bütün diz bağları qopub. Əməliyyat olunan təcrübəli futbolçunun mövsümü başa vurduğu məlum olub.

 

Qeyd edək ki, sağ cinah müdafiəçisi "Bursaspor"un U-21 komandasıyla keçirilən hazırlıq qarşılaşmasında zədələnmişdi.

 

Xəbər xətti