"İnter" Tərlan Quliyevin xidmətindən məhrum oldu

10:46 - 21 Noyabr 2016

Bakının "İnter” klubu Azərbaycan Premyer Liqasının 13-cü turunda "Zirə" ilə matça ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, "bankirlər"in əsas heyət üzvü olan Tərlan Quliyev komandasına kömək edə bilməyəcək. Müdafiəçi son turda AZAL-la oyunda cari çempionatda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.

 

Qeyd edək ki, "Zirə" - "İnter" matçı noyabrın 28-də baş tutacaq.

Xəbər xətti