Azərbaycan Premyer Liqasının 12-ci turu “İnter”in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb. AZAL-la ev oyunundakı (3:0) yubileyi “İnter”in heyətində qeyd edən futbolçu bu klubadək “Turan”, “Bakı” (həm “Dinamo”, həm də “Bakı” adlandığı vaxt), “Neftçi”, AZAL (“Olimpik” adlandığı vaxt), “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”da da çıxış edib.
300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu “300”-ü arxada qoyub.
saytlarin hazirlanmasi