"Qalatasaray"da gərginlik: Səlçuk heyətdən kənarlaşdırıla bilər

16:40 - 21 Noyabr 2016

İstanbul derbisində əzəli rəqibi "Fənərbaxça"ya məğlub olan (0 - 2) "Qalatasaray"da gərginlik artmaqdadı.

 

Sportal.az xəbər verir ki, çempionluq yarışında ağır yara alan "cim bom" işlər qaydasında getmir. Matçdan sonra komandanın kapitanı Səlçuk İnanla məşqçi Ayhan Akman arasında yaranan mübahisəni dəyərləndirən rəhbərlik təcrübəli futbolçunu cəzalandırmaq niyyətindədi. Türkiyə millisinin üzvü heyətdən kənarlaşdırıla bilər.

 

Qeyd edək ki, Səlçuk derbidə ehtiyatda qaldığına görə etiraz etmişdi və Ayhan Akmanla aralarında söz davası yaşanmışdı. Bununla sakitləşməyən 31 yaşlı futbolçu mübahisəni qarşılaşmadan sonra da davam etdirib. Təcrübəli yarımmüdafiəçi komandanın bu günkü məşqində də iştirak etməyib.

Xəbər xətti