"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə klubunu çalışdıra bilər

17:38 - 21 Noyabr 2016

Türkiyə millisindəki köməkçi-məşqçi vəzifəsindən ayrıldıqdan sonra idman proqramlarında şərhçilik edən "Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Oğuz Çətin yenidən məşqçi fəaliyyətini bərpa edə bilər. 
 
Sportal.az xəbər verir ki, Türkiyə I liqasında mübarizə aparan "Şanlıurfaspor” klubu 53 yaşlı çalışdırıcı ilə danışıqlar aparır. Qardaş ölkə mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyinin iclasından sonra Oğuz Çətinin təyinatı rəsmiləşəcək. Əgər tərəflər arasında danışıqlar son anda baş tutmasa, komanda son olaraq "Elazığspor”da çalışmış Ogün Temizkanoğluna tapşırılacaq.
 
Qeyd edək ki, Oğuz Çətin 2014-cü ildə "Xəzər Lənkəran”ı çalışdırmışdı. O, Mustafa Dənizlinin istefasından sonra cənub klubunun "sükanı arxası”na keçmişdi. 

Xəbər xətti