Dəniz Yılmaz zədələndi

11:55 - 22 Noyabr 2016

"Bursaspor"un və millimizin hücumçusu Dəniz Yılmaz zədələnib.


Sportal.az xəbər verir ki, Super Liqanın son turunda "Akhisar"la matçdan sonra ayağında yüngül ağrı hiss edən futbolçu komandadan ayrı məşq edib. Həmçinin Topmaş Sivok və Aziz Behiç də kollektivdən ayrı çalışıblar.


Adları çəkilən futbolçuların Türkiyə Super Liqasnın 12-ci turunda "Qalatasaray"la görüşdə iştirak edib-etməyəcəyi haqda hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, "Qalatasaray" - "Bursaspor" oyunu noyabrın 25-i keçiriləcək.

 

Xəbər xətti