Rıdvan Dilmən TFF prezidenti olmaq istəyir

17:10 - 23 Noyabr 2016

Türkiyəli şərhçi Rıdvan Dilmən Türkiyə Futbol Federasiyasının prezidenti olmaq istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə veteran futbolçu özü məlumat verib. 
 
O, "Trt Spor”da yayımlanan futbol proqramlarının birində bu barədə danışıb: "Mən 1962-ci ildə Nazillidə doğulmuşam. Mənim adım Rıdvan, soyadım isə Dilməndi. Mən dişimlə-dırnağımla çalışa-çalışa "Fənərbaxça”da və milli komandada oynamışam. Əziyyətlə çalışa-çalışa Türkiyənin ən yaxşı şərhçilərindən biri oldum, futbolda yeni bir dəb yaratdım. Mən biri getsin onun yerinə gəlim kimi düşüncələrlə yaşamıram. TFF-də hər hansı bir vəzifəni tutmaq niyyətim də yoxdu. İlk dəfə deyirəm ki, 2019-da səhhətim qaydasında olsa, TFF prezidentliyinə namizəd olacam".
 
Qeyd edək ki, Rıdvan Dilmən 1995-ci ildə futbolçu karyerasını başa vurub. 

Xəbər xətti