İngilis futbolçudan Ramil Şeydayevin komandasına "yaşıl işıq"

13:39 - 24 Noyabr 2016

"Aston Villa"nın futbolçusu Mika Riçards "Trabzonspor"un transfer hədəfindədir.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü Türkiyə klublarından təklif aldığını təsdiqləyib:

 

"Hazırda formada qalmaq üçün daim çalışıram. Yayda bir çox təkliflər aldım. Məni bir neçə Türkiyə klubu heyətində görmək istəyir. Amma hazırda rəsmi təklif yoxdur. Əgər bu baş versə, dəyərləndirməyə hazıram".

 

Qeyd edək ki, Riçards 2015-ci ildən "Aston Villa"da çıxış edir.

 

Əlavə edək ki, millimizin hücumçusu Ramil Şeydayev "Trabzonspor"da çıxış edir. Gənc hücumçu Super Liqada hələ debüt etməyib.

Xəbər xətti