"Trabzonspor"da 4 itki: Ramil üçün debüt şansı

17:55 - 24 Noyabr 2016

Türkiyə Super Liqasının XII turunda səfərdə "Gənclərbirliyi”nin qonağı olacaq "Trabzonspor”da heyətlə bağlı problemlər var.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisinin baş məşqçisi Ersun Yanal həftəsonu baş tutacaq qarşılaşmada 4 aparıcı futbolçusunun ximətindən istifadə edə bilməyəcək. 
 
Belə ki, Fabian Katillo və Mustafa Akbaş zədəli olduqları üçün, Okay Yokuşlu ilə Məhmət Ekici isə cəzalı durumda olduqları üçün sözügedən matçda içtirak edə bilməyəcəklər. 
 
Belə olan halda isə baş məşqçi heyətə müəyyən dəyişikliklər edəcək. Yanal Məhmət Ekici və Okay Yoxuşlunun yoxluğunda Aytaç Kara və Beroya şans verəcək. Fabian Kastillo və Mustafa Akbaşın əvəzinə isə İbanez və Güray şans qazanacaq. 
 
Mütəxəssisin "Gənclərbirliyi” ilə oyundə gənc futbolçulara şans verəcəyi də gözlənilir. Belə ki, millimizin hücumçusu Ramil Şeydayev və türkiyəli Yusuf Yazıcının oyuna sonradan daxil ola biləcəyi iddia edilir. 
 
Qeyd edək ki, millimizin forvardı Ramil Şeydayev yayda "Trabzonspor”a transfer olunsa da, hələlik Super Liqada şans qazana bilməyib.
 
Xatırladaq ki, "Gənclərbirliyi” – "Trabzonspor” oyunu noyabrın 27-də baş tutacaq.

Xəbər xətti