"Qalatasaray"ın futbolçusu: "Mourinyoyla çalışmaq mənim üçün fəxr olar"

17:23 - 25 Noyabr 2016

"Mançester Yunayted" "Qalatasaray"ın portuqaliyalı futbolçusu Armindo Brumoyla yaxından maraqlanır.

 

Sportal.az xəbər verir ki, İngiltərə nəhənginin heyətinə qatmaq istədiyi 22 yaşlı hücumameyilli futbolçu ölkəsinin mətbuatına açıqlamalar verib. Gənc yarımmüdafiəçi Joze Mourinyoyla çalışmaq istədiyini bildirib:

 

"Joze Mourinyoyla çalışmaq mənim üçün fəxr olar. Gələcəkdə nələrin olacağını bilmirəm. Hazırda "Qalatasaray"la müqaviləm davam edir. Burada hər kəs məni sevir, ona görə də xoşbəxtəm. Azarkeşlər adımı qışqırır".

Xəbər xətti