Millimizin üzvü "Qalatasaray"la matçın start heyətində

19:57 - 25 Noyabr 2016

Bu gün Türkiyə Super Liqasında 13-cü tura start verilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın forvardı Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Qalatasaray"ın qonağı olacaq.

 

Saat 21:00-da start götürəcək qarşılaşmada komandaların meydana çıxacağı heyətlər məlum olub. Millimizin üzvü bu matça start heyətdə başlayacaq.

Xəbər xətti