Kuarejma Türkiyədəki həyatından: "Elə bil Tanrıyam"

17:56 - 26 Noyabr 2016

"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma Portuqaliyanın “A Bola“ nəşrinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu Türkiyədəki həyatından danışıb:


“Özümü yaxşı hiss edirəm. 2-ci gəncliyimi yaşayıram. Heç vaxt düşünməzdim ki, bu yaşımda bu cür formada olacam. “Beşiktaş”da özümü evimdəki kimi hiss edirəm. Burada mənə diqqətlə qayğı göstərirlər, elə bil Tanrıyam. Yeganə çatışmayan şey hər kəslə portuqal dilində danışmamağımdır”.


Son Avropa çempionatının qalibi olan təcrübəli futbolçu transfer bazarından da danışıb:

 

“Hiss edirəm ki, hazırda daha oturuşmuş bir oyunçuyam, və yaxşı formadayam. Müasir futboldakı rəqəmləri nəzərə alsaq, hərdən zarafatla deyirəm ki, qiymətim 100 milyon avrodur. Amma bu gün, az adam 60-70 milyon avroya dəyər”.

 

Xəbər xətti