"Xəzər Lənkəran"ın sabiq futbolçusu klubunun düşərgəsindən qaçdı

12:44 - 28 Noyabr 2016

Türkiyə I Liqasında mübarizə aparan "Şanlıurfaspor” klubunun futbolçuları ilə problemləri başlayıb.

 

Sportal.az xəbər verir ki, Urfa təmsilçisi futbolçularının maaşlarını verməkdə çətinlik çəkir. Artıq bu məsələyə görə bir neçə futbolçu klubun düşərgəsini tərk edib. Həmin futbolçular arasında "Xəzər Lənkəran”ın sabiq qapıçısı Vyekoslav Tomiçin də adı var. Tomiç bir neçə gündü klubun düşərgəsindən ayırılıb. Onun klubdakı taleyinə aparılacaq danışıqlardan sonra aydınlıq gələcək. 
 
Qeyd edək ki, 2014/15 mövsümündə "Xəzər Lənkəran”da oynamış 33 yaşlı qoliper mövsümün əvvəlində "Koper”dən "Şanlıurfaspor”a transfer olunmuşdu. 

 

Xəbər xətti