Hollandiyalı futbolçu "Fənərbaxça"dan gedir

15:51 - 28 Noyabr 2016

Mövsümün əvvəlində Gökhan Gönülün yerinə "Fənərbaxça"ya transfer edilən və gözlənilən nəticəni göstərə bilməyən Qreqori van der Vil sıxıntılı günlər keçirir. 
 
Sportal.az xəbər verir ki, ekstra məşqlər edərək zəif tərəfləri üzərində işləyən futbolçu haqda Dik Advokat "Fiziki olaraq ciddi çatışmamazlıqları var. Heyətə alınmaq üçün hazır vəziyyətə gəlməlidir" deyə açıqlama verib. 
 
Təcrübəli futbolçunun da bu vəziyyətdən pis olduğu və menecerinə yanvarda ona yeni klub tapmasınını tapşırdığı bildirilib. 

Xəbər xətti