"Trabzonspor" hücumçusunu cəzalandıracaq

10:46 - 29 Noyabr 2016

"Trabzonspor" - "Gənclərbirliyi" matçında (0:0) 90-cı dəqiqədə müdafiəçi Mustafa Yumlunun Luis İbanesin meydana daxil olması azarkeşlərin etirazlarına səbəb olub. Qara dəniz klubunun tərəfdarları Ramil Şeydayev və Hun Yun-Sukun meydana daxil olmamağına sərt şəkildə reaksiya veriblər.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Trabzon təmsilçisinin baş məşqçisi Ərsun Yanal Hun Yun Suku meydana buraxmaq istəsə də, cənubi koreyalı futbolçu son dəqiqədə oyuna daxil olmaq istəməyib. Belə olan halda Yanal müdafiəçini meydana buraxıb.

 

Rəhbərlik Hukun bu hərəkətinə görə ona cəza verəcək.

 

Qeyd edək ki, millimizin üzvü Ramil Şeydayev Türkiyə Super Liqasında debüt etməyib. Hun Yun Suk isə oynadığı oyunlarda qol vurmayıb.

Xəbər xətti