Ramil Şeydayev üçün şans: "Trabzonspor" hücumçusunu göndərir

16:16 - 29 Noyabr 2016

Cari mövsümdə uğursuz çıxış edən "Trabzonspor"un baş məşqçisi Ərsun Yanal sərt qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis hücumçu Hyun-Jun-Sukun komandadan göndərilməsini istəyib.
 
Buna səbəb isə cənubi koreyalının baş məşqçinin qərarına etiraz etməsi olub. Ərsun Yanal "Gənclərbirliyi" ilə matçın son dəqiqələrində forvardı oyuna daxil etmək istəsə də, 25 yaşlı hücumçu bunu istəməyib. Nəticədə baş məşqçi futbolçunun "Trabzonspor"dan göndərilməsini istəyib.
 
Belə durumda Ərsun Yanalın növbəti turda cənubi koreyalının xidmətindən istifadə etməyəcəyi dəqiqdi. Bu isə o deməkdi ki, millimizin üzvü Ramil Şeydayevin rəqiblərindən biri azalıb.

Xəbər xətti