Ərsun Yanal hücumçulardan narazıdır

17:33 - 29 Noyabr 2016

Millimizin üzvü Ramil Şeydayevin formasını geydindiyi "Trabzonspor" klubunun baş məşqçisi Ərsun Yanal rəhbərliklə görüşüb.

 

Sportal.az xəbər verir ki, Ərsun Yanal komandanın prezidenti Muharrem Ustaya komandaya hücumçu transfer edilməsini tələb edib:

 

"3 hücumçuya şans verdim, amma etimadı doğrultmadılar. Qış transfer pəncərəsində əsasən ön xəttə oyunçu alınmalıdır. Həmin hücumçu bizim gücümüzə güc qatmalıdır".

 

Qeyd edək ki, Ərsun Yanal Ramil Şeydayevə Super Liqada şans verməyib. Komandanın digər forvardları Hyun Yun SUk və Muhammet Demir şans qazanslar da fərqlənməyiblər. Dame Ndoye isə Super Liqada bu mövsüm 1 qol vurub.

Xəbər xətti