"İnter" təyyarə qəzasında ölən keçmiş futbolçusunu belə andı FOTOLAR

17:42 - 29 Noyabr 2016

Kolumbiyada qəzaya uğrayan təyyarədəki “Şapekoense” klubunun futbolçularından birinin vaxtilə “İnter”in heyətində Azərbaycan Premyer Liqasında çıxış etmiş Filip Joze Maçado olduğunu xəbər vermişdik.

 

Mərhum futbolçu 2010/2011-ci il mövsümündə “İnter”in heyətində 9 oyun keçirib.

 

Sportal.az xəbər verir ki, "İnter" rəsmi “facebook” hesabında keçmiş futbolçusunun arxiv fotolarını yayıb və bunlar qeyd olunub:

 

"Bakı, 2010-ci il. 2010-2011 mövsümündə “İnter”in formasını geyinmiş Filipe Maçado Yeni il təqvimi üçün hazırlanan fotoçəkilişlərdə iştirak etmişdi. Təyyarə qəzasında onun da həlak olduğu bildirilir. Allah rəhmət eləsin!".

 

 

Xəbər xətti