Ramil Şeydayevin komandası faciəyə biganə qalmadı FOTO

01:23 - 2 Dekabr 2016

Türkiyənin "Trabzonspor" klubu Türkiyə kubokunun qrup mərhələsinin ilk oyunu çərçivəsində "Gümüşhanespor"la keçirilən qarşılaşmada maraqlı addım atıb.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi klub təyyarə qəzasında dünyasını dəyişən Braziliya "Şapekoense"nin üzvlərini yad ediblər.
 
Onlar "sambaçılar"a dəstək məqsəsi ilə oyuna üzərində "Şapekoense" klubunun loqosu olan forma ilə çıxıblar.
 
Qeyd edək ki, Ramil Şeydayevin oynamadığı qarşılaşma "Trabzonspor"un 1 - 2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Xəbər xətti