Zaur Svanadze: "Motivasiya yüksək deyildi" MÜSAHİBƏ

17:14 - 2 Dekabr 2016

“İlk hissədə çox pis oynadıq. Fikrimcə, bu, cari mövsümdəki ən pis oyunumuz idi”.

 

Sportal.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
 
“Bankirlər” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Qaradağ Lökbatan” üzərində böyükhesablı (5:1) qələbə qazanaraq, adlarını növbəti mərhələyə yazdırıblar.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Svanadzenin qələbə şərhi belə olub: “Bilmirəm, bunun səbəbi nə idi, bəlkə də, motivasiya yüksək deyildi. Ola bilər ki, I divizion komandası ilə qarşılaşdığımız üçün futbolçular belə düşünürdülər. Amma biz görüşdən əvvəl bu barədə söhbət etmişdik. Ancaq ikinci hissəni yüksək səviyyədə keçirdik, düşündüklərimizi yerinə yetirməyi bacardıq”.
 
- Sanki qarşıdakı oyun üçün taktiki gedişləri sınaqdan keçirirdiniz...
- Xeyr, bu barədə xüsusi düşünmürdük. Sadəcə, oyunun gedişi belə alınırdı. Birinci hissəni passiv keçirdik. Növbəti matçlarda da müdafiədə otursaq, yaxşı alınmayacaq.
 
- Qış təlim-məşq toplanışının planı bəlli olubmu?
- Həmişəki kimi, Türkiyəyə yollanacağıq. Bununla bağlı planımız var. Amma hələ gözləyirik.

Xəbər xətti