Türkiyədə baş məşqçi istefası

18:21 - 5 Dekabr 2016

Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Adanaspor" klubu Krunoslav Yurçiç istefaya göndərilib. Komandanın uğursuz çıxışlarına görə xorvat mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

 

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 28 avqust tarixindən "Adanaspor"u çalışdırırdı. Onun rəhbərliyi altında Adana təmsilçisi 11 qarşılaşmada 1 qələbə, 2 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.

Xəbər xətti