Millimizin üzvü baş məşqçisiz qaldı

14:54 - 6 Dekabr 2016

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ufuk Budakın formasını geyindiyi "Kayserispor" klubunun çalışdırıcısı Hakan Kutlu tutduğu vəzifədən ayrılıb.

 

Kutlu mövsümün əvvəlindən "Kayserispor"u çalışdırırdı. Millimizin futbolçusu Ufuk Budak məhz Hakan Kutlunun istəyilə "Kayserispor"a transfer edilmişdi.

 

Qeyd edək ki, bu, 13 turdan onra Super Liqada 6-cı baş məşqçi istefası olub.

Xəbər xətti