"Beşiktaş"ın qolkiperi: "Anama görə göz yaşlarımı saxlaya bilmədim"

15:33 - 9 Dekabr 2016

ÇL-nın qrup mərhələsində Kiyev “Dinamo”suna 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Beşiktaş” mübarizəni Avropa Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, oyunda 4-cü qoldan sonra göz yaşlarını saxlaya bilməyən “qara qartallar”ın qolkiperi Fabri açıqlama verib. O, anasına görə ağladığını söyləyib:

 

“Ağır xəstə olan anama oyundan öncə qrupdan çıxacağımızla bağlı söz vermişdim. Onu sevindirmək istəyirdim, ancaq alınmadı. Kabus kimi gecə idi. 4-cü qoldan sonra bir anlıq gözümün qarşısına yatağında yatdığı halda anam gəldi. Həmin an göz yaşlarımı saxlaya bilmədim. Onu sevindirməyi bacarmadım”

Xəbər xətti