Super Liqa klubunda yeni baş məşqçi

11:35 - 10 Dekabr 2016

İsmayıl Qartalla yolları ayıran Türkiyənin "Qaziantepspor" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Marius Şumidiçaya tapşırılıb. Bu barədə məlumarı rumıniyalı mütəxəssisin özü verib. O, Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən "Astra" - "Roma" matçından sonra Rumıniya klubundan ayrıldığını və "Qaziantepspor"la müqavilə imzalayacağını bildirib.

 

Rumıniya mətbuatının yaydığı məlumata görə, "Astra"da 1 ay üçün 8 min avro maaş alan Şumidiça, Türkiyə klubu ilə aylıq 40 min avroya razılaşıb.

Xəbər xətti