"Beşiktaş" matçı öncəsi Dəniz Yılmazın komandasında şok itki

17:00 - 10 Dekabr 2016

Türkiyə Super Liqasının 14-cü turu çərçəvəsində "Beşiktaş" doğma meydanda millimizin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor"u qəbl edəcək.

 

Sportal.az xəbər verir ki, vacib qarşılaşma öncəsi Bursa təmsilçisinin heyətində ciddi itki baş verib. Belə ki, oyundan öncə keçirilən məşqdə "timsahlar"ın müdafiəçisi Tomas Sivok zədələnib. Təcrübəli futbolçu İstanbul nəhənginəqarşı oynaya bilməyəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Bursaspor" görüşü bu gün saat 20:00-da start götürəcək.

Xəbər xətti