Beşiktaş" - "Bursaspor" matçından sonra partlayış: ölənlər var

02:02 - 11 Dekabr 2016

İstanbulda güclü partlayış baş verib.

 

Sportal.az xəbər verir ki, hadisə “Beşiktaş” – “Bursaspor” oyunundan az sonra “Vodafone Arena” stadionunun yaxınlığında olub.

 

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür. Yerli mətbuatda yer alan xəbərə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb, 13 nəfər isə dünyasını dəyişib.

 

İlkin ehtimnallara görə,  hadisə daha öncə planlaşdırılıb. 

 

Xəbər xətti