Yılmaz Vural: "Bizə Azərbaycandan təklif gəlir"

13:30 - 11 Dekabr 2016

Türkiyəli çalışdırıcı və hazırda klubsuz olan Yılmaz Vural açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis aldığı təkliflərdən danışıb:

 

“Türk məşqçilər xaricə gedə bilmir. Əgər uğur hekayən olmasa, səni kim aparar? İsveçin “Malmö” klubu ilə danışıqlar apardım, amma son anda olmadı. Baxırlar, səni araşdırırlar, razılaşırlar. Amma sonradan alınmır və müsbət cavab vermirlər. Türk mütəxəssislərə təklif hardan gəlir? Dubay, İran və Azərbaycandan”.

 

Qeyd edək ki, 63 yaşlı çalışdırıcının son klubu "Adana Dəmirspor" olub. Yılmaz Vural ölkə xaricində baş məşqçilik etməyib.

Xəbər xətti