"Beşiktaş"ın əməkdaşları terrorun qurbanı oldu

14:44 - 11 Dekabr 2016

Dünən İstanbulda baş verən terror aktı zamanı həlak olanlar arasında “Beşiktaş”ın iki əməkdaşı da olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünyasını dəyişənlər komandanın mağazasında işləyən 29 yaşlı Tunc Uncu və “Beşiktaş”ın stadionunun təhlükəsizlik xidmətində çalışan Vəfa Karakurdudur.


Xatırladaq ki, dünən “Beşiktaş” – “Bursaspor” oyununun keçirildiyi "Vodafone Arena"nın yaxınlığında iki terror aktı həyata keçirilib. Bu gün açıqlanan rəsmi məlumata görə, hadisə zamanı ölənlərin sayı 38-ə çatıb.

 

Xəbər xətti