Terrora görə Türkiyəyə gəlməkdən imtian etdi: "1 milyon da versələr, getmərəm"

15:26 - 11 Dekabr 2016

Türkiyənin "Qaziantespor" klubu ilə razılaşan rumıniyalı çalışdırıı Marius Şumidiça qərarını dəyişib. 

 

Sportal.az xəbər verir ki, "Astra"dan ayrılan çalışdırıcı Türkiyəyə gəlməkdən imtina edib. Bu barədə məlumatı təcrübəli çalışdırıcı Rumıniya mətbuatına açıqlamasında verib. O, ötən gün İstanbulda baş verən terror aktına görə qərarını dəyişdiyini deyib:

 

"Türkiyəyə getmək üçün hər şey hazır idi. Biletlərim də alınmışdı. Ancaq ötən gün İstanbulda baş verən terror aktı qərarımın dəyişməsinə səbəb oldu. Bundan sonra mənə aylıq 1 milyon da versələr, Türkiyəyə getmərəm".

 

Qeyd edək ki, Şumidiça Türkiyədə ayına 40 min avro qazanacaqdı. 

Xəbər xətti