Türkiyə klubunda yeni baş məşqçi

00:16 - 13 Dekabr 2016

Bir müddət öncə "Gənclərbirliyi" klubundan ayrılan türkiyəli çalışdırıcı İbrahim Üzülməzin yeni iş yerinin adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, 42 yaşlı çalışdırıcı yenidən Superliqada çalışacaq. Belə ki, mütəxəssis İsmail Qartalla yollarını ayıran "Qaziantepspor" klubu ilə anlaşıb. Üzülməz yeni klubu ilə ilyarımlıq müqavilə imzalayıb. 

 

Qeyd edək ki, "Qaziantepspor" daha öncə rumıniyalı Marius Şumidisa ilə anlaşmışdı. Ancaq rumın çalışdırıcı Türkiyədə baş verən son terror hadisələrinə görə qərarını dəyişmişdi. 

Xəbər xətti