"Fənərbaxça" məğlub oldu

00:42 - 13 Dekabr 2016

Türkiyə SuperLiqasında 14-cü tura bu gecə baş tutan bir matçla yekun vurulub.

 

Sportal.az xəbər verir ki. "Fənərbaxça" səfərdə "Antalyaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Bu nəticədən sonra xallarını 19-a çatdıran "Antalyaspor" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. Aktivində 25 xal olan "Fənərbaxça" isə 4-cü pillədəki mövqeyini qoruyub.

Xəbər xətti