"Beşiktaş" Bakıda mağaza açacaq

13:06 - 14 Dekabr 2016

2017-ci ilin yanvar ayında Bakıya səfəri gözlənilən "Beşiktaş" klubunun ölkəmizdəki azarkeşlərini sevindirən məlumat yayılıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhənginin paytatımızda "Qartal yuvası" adlı mağazası fəaliyyət göstərəcək. "Beşiktaş"ın formaları və atributları mağazada satılacaq. Açılış mərasimində komandanın prezidenti Fikrət Orman da iştirak edəcək.

 

Bundan əlavə, "Beşiktaş"ın "Qarabağ"la oyun üçün tam heyətlə Bakıya gələcəyi qeyd edilib.

Xəbər xətti