Sabiq "Qarabağ"lı İndoneziyaya yollanır

16:16 - 14 Dekabr 2016

İndondeziya futbolunun inkişafına xüsusi önəm verən məşhur agent Qabriel Budi Liminto gələn mövsümdən etibarən çempionatına böyük pul yatıran İndoneziyanın Liqasında “Türkiyədən də gələnlər” olacaq açıqlamasını verib.

 

Sportal.az xəbər verir ki, seçimlərində yaşlı oyunçu və məşçiyə yer verməyəcəklərini söyləyən agent gələcək vəd edən oyunçular və baş məşqçilər arasında seçim edəcəklər. Bu adlardan biri də gənc mütəxəssis Sebahattin Tekindir. 

 

Qabriel Budi Liminto Tekinlə maraqlandıqlarını və çox bəyəndiklərini sözlərinə əlavə edib.

 

Qeyd edək ki, 42 yaşlı gənc çalışdırıcı Türkiyə Super Liqasında bir çox komandalarda köməkçi məşqçi vəzifəsində işləyib. Tekin daha sonra karyerasını “Qarabağ” klubunda davam etdirib. O, Ağdam təmsilçində bütün aşağı yaş qrupları üzrə komandaların koordinatoru olub. Sebahattin Tekin bu mövsümün əvvəlində Spor Toto 3-cü liqasında yüksələn “Erbaaspor”un sükanı arxasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

 

Tekinin İndoneziyadan gələn təklifi müsbət dəyərləndirəcəyi və danışqlar aparmaq üçün adı çəkilən ölkəyə yollandığı qeyd edilib.

Xəbər xətti