Ramil Şeydayevsiz "Trabzonspor" heç-heçə etdi VİDEO

00:15 - 15 Dekabr 2016

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Ərsun Yanalında komandası H qrupunda səfərdə "Konyaspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

 

Millimizin futbolçusu sözügedən görüşdə iştirak etməyib. O, 18-likdə də yer almayıb.

 

Qeyd edək ki, "Trabzonspor" H qrupunda 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.

 

Xəbər xətti