Pərdis Fərcad-Azad ağıllanmaq bilmir: yenə məhkəməyə verildi

15:59 - 15 Dekabr 2016

Yay "transfer pəncərəsi”ndə "Sumqayıt”dan ayrılaraq "İnter”ə keçən Pərdis Fərcad-Azadın adı daha çox seks qalmaqalı ilə gündəmə gəlmişdi. Belə ki, iyunun əvvəllərində paytaxt klubuna keçən hücumçu almaniyalı model Gina-Liza Lohfinksi zorlamqda ittiham olunurdu. 30 yaşlı aktrisa 4 il öncə Almaniyada iki şəxsin onu zorladığını iddia etmiş, hüquq-mühafizə orqanlarına məlum olayın kadrlarını təqdim etmişdi. Lakin məhkəmə məsələni araşdırıb iyunun 27-də yekun qərar qəbul etmiş, aktrisanın Pərdisə və Sebastyan adlı şəxsə şər atdığını üzə çıxarmış, Lohfinksi 27 min avro cərimələmişdi. Pərdis və intim videodakı yoldaşı isə kadrları internetdə yerləşdirdiyi üçün 1500 avro "tərləmişdi”.
 
Sportal.az xəbər verir ki, həmin hadisədən sonra Pərdis "radarlardan itmişdi”.
 
Meydanda da parlaq oyunu ilə diqqəti çəkmədi. Buna baxmayaraq, millinin sabiq üzvü yenidən gündəmə gəlməyi bacarıb. Amma futbolla yox, yenə də intim qalmaqalla. Bu dəfə Pərdis Fərcad-Azad "feysbuk”da alçaldıcı ifadələr işlətməkdə və təhqir etməkdə günahlandırılır. Almaniyanın məşhur "Bild” nəşri yazır ki, aktrisa, müğənni və model Nina Kristin futbolçudan şikayətçidi. O hüquq-mühafizə orqanlarına yazılı surətdə müraciət edib ki, 28 yaşlı əcnəbi onu təhqiramiz ifadələrlə narahat edir. Səbəb kimi isə Nina Pərdisə "yox” deməsini göstərib. Aktrisa Pərdisə belə mesaj yazıb: "Mən sənin iştirakınla seks videosunu izləmişəm. Həmin görüntülərdən sonra şokdayam. Burda Gina-Liza Lohfinksi dəstəkləyirəm. Məndən əl çəkin”. Məhz bundan sonra Pərdis müğənnini təhqir etməyə başlayıb. Maraqlıdı ki, qarşı tərəf futbolçuya ban qoymayıb, onun yazdıqlarını oxuyub.
 

Mənbə yazır ki, futbolçu Gina-Liza Lohfinkslə insidentdən dərs çıxarmayıb və yenə də yaramaz işlərlə məşğuldu. Nina isə sübut kimi yazışmaların "skrin şot”unu (foto – Ş.Ş.) paylaşıb. Pərdis də həmin fotonun silinməsi üçün ona yalvar-yaxar edib. Duysburq-Hamborn məhkəməsində xanım belə ifadə verib: "Məni internetdə tanımadığım şəxs təhqir edir. Bir müddətdi bunun şokundayam. Mənim üçün bu ən alçaq səviyyədi”. Kristin hətta özünə vəkil də tutub. Onun hüquqlarını müdafiə edən Burhard Beneken bildirib ki, işin sonuna kimi gedəcək. Çünki Nina bu məsələ ilə barışmaq istəmir. Məhkəmə isə öz növbəsində Pərdisə Nina ilə danışmağa qadağa qoyub. Əks halda, "bankirlər”in üzvü 250 min avro məbləğində cərimə ödəyəcək.

 

"İnter”in qocaman müdafiəçisi Zurab Xizanişvili də bu yaxınlarda maraqlı açıqlama vermişdi. O, tezliklə Pərdisi evləndirməyin lazım olduğunu bildirmiş, belə qalmaqallardan qurtulmağın yeganə yolunun evlilik olduğuna işarə vurmuşdu. 
mənbə: "Futbol plus" qəzeti

Xəbər xətti