Hamza Hamzaoğlu Dəniz Yılmazdan narazıdır: Rəqabəti artırmaq istəyir

13:42 - 16 Dekabr 2016

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” klubu qış transfer pəncərəsində heyətində yeni oyunçular cəlb etməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, “timsahlar”ın çalışdırıcısı Hamza Hamzaoğlu hücum xəttinin gücləndirilməsini istəyir. Təcrübəli mütəxəssis komandanın forvardlarından narazıdır. Dəniz Yılmaz, Tomaş Neçid, Sinan Bakış, Kubilay Qanadsızquş və Sərcan Yıldırımın nümayiş etdirdiyi performans 46 yaşlı baş məşqçini qane etmir.

 

Hamzaoğlu hücum xəttindəki rəqabəti artırmaq üçün 1 yeni hücumçuya ehtiyac duyur. Bursa təmsilçisinin transfer hədəfində olan adlardan biri məlumdur. Komanda “Fənərbaxça”da əsas heyətə düşməkdə çətinlik çəkən Fernandao ilə güclənmək istəyir.

 

Qeyd edək ki, Dəniz Yılmaz Super Liqada 8 oyuna 2 qol vurub.

Xəbər xətti