"Trabzonspor"dan göndəriləcək futbolçuların adları açıqlandı

14:51 - 16 Dekabr 2016

Türkiyə mətbuatı “Trabzonspor”dan qışda ayrılacaq futbolçuların adlarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımızın fikrinə görə, “bordo-mavililər” bir çox futbolçusuna qapını göstərəcək. Siyahıda yer alan futbolçular arsında milli komandamızın hüumçusu Ramil Şeydayevin də adı var.

 

Qara dəniz təmsilçisi Hyun Yun Suk, Muhammet Dəmir, Dame N’Doye, Serje Akakpo, Luis İbanes və Ramil Şeydayevlə yolları ayrılacağı gözlənilir. Məlumatda Şeydayevin icarəyə veriləcəyi də ehtimal edilir.

 

Komandanın əsas heyət üzvü olan Mehmet Ekicinin isə "Qalatasaray"a transfer olacağı gözlənilir.

 

Qeyd edək ki, Ramil Şeydayevin adı son günlərdə “Neftçi” ilə hallanır.

 

Əlavə edək ki, Şeydayev “Trabzonspor”"un heyətində 3 rəsmi matçda meydana çıxıb və 1 qol vurmağı bacarıb.

Xəbər xətti