"Qəbələ"nin futbolçusunun atası açıqladı: "Türkiyə klubları istəyir"

16:55 - 16 Dekabr 2016

Ukraynanın "Zarya" klubunun müdafiəçisi Rafael Forster Türkiyə nəhənglərinin diqqət mərkəzindədi.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" braziliyalı futbolçunu heyətinə qatmaq uğrunda mübarizə aparır. Bu barədə Luqans təmsilçisinin baş məşqçisi Yuri Vernidub məlumat verib. Ölkəsinin mətbuatına danışan mütəxəssis 26 yaşlı müdafiəçini komandasında saxlamağın çətin olacağını bildirib:

 

"Forster önəmli oyunçularımızdan biridi. Ancaq mənə ayrılmaq istədiyini dedi. "Qalatasaray", "Beşiktaş" və "Fənərbaxça" onu istəyir. Meneceri klublarla danışıq aparır. Göndərmək istəməsək də, komandada saxlamağımız çətindi".

 

Qeyd edək ki, "Zarya"nın baş məşqçisi Yuri Vernidub, "Qəbələ"də çıxış edən Vitali Vernidubun atasısı.

Xəbər xətti