Ramilsiz "Trabzonspor" liderlə bacarmadı

00:40 - 18 Dekabr 2016

Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Eamil Şeydayevin çıxış etdiyi "Trabzonspor" səfərdə lider "Başakəhər"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Qara Dəniz təmsilçisinin baş məşqçisi Ərsun Yanal millimizin üzvünün adını oyunun iştirak ərizəsinə daxil etməyib.

 

Qeyd edək ki, "Trabzonspor" 15 turdan sonra 18 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb

 

Xəbər xətti