Türkiyə Super Liqasında 15-ci turun görüşləri davam edir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ufuk Budakın şərəfini qoruduğu "Kayserispor" səfərdə "Adanaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2 - 1 hesablı qələbəsiylə yekunlaşıb.
Ufuk Budak bu matça start heyətdə başlayıb və 88 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xal olan "Kayserispor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi