Türkiyə Super Liqasının ulduzları xeyriyyə matçında üz-üzə gələcək

18:51 - 19 Dekabr 2016

Türkiyədə Super Liqada çıxış edən ulduzların iştirakıyla xeyriyyə matçı keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat verib. Qarşılaşmada Super Liqa klublarında çıxış edən yerli və əcnəbi futbolçular iştirak edəcək.

 

Matçdan əldə ediləcək gəlir ötən həftə İstanbulda və Kayseridə törədilmiş terrorlarda həyatını itirənlər və yaralananların ailələrinə bağışlanacaq.

 

Qeyd edək ki, ulduzlar matçı 22 dekabr tarixində Bakı vaxtilə saat 22:00-da "Beşiktaş"ın "Vodavon Arena" stadionunda baş tutacaq.

Xəbər xətti