Millimizin üzvü "Bursaspor"un start heyətində

20:04 - 19 Dekabr 2016

Türkiyə Super Liqasında 15-ci tura bu gün yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, son oyun günündə milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Antalyaspor"u qəbul edəcək.

 

Saat 21:00-da start götürəcək qarşılaşmada komandaların meydan çıxacağı heyətlər məlum olub. Millimizin futbolçusu bu görüşə start heyətində başlayacaq.

Xəbər xətti