"Liverpul"un sabiq futbolçusu "Qalatasaray"a baxışa gəldi

10:25 - 20 Dekabr 2016

Azad agent statusu daşıyan almaniyalı futbolçu Samed Yeşil "Qalatasaray"la müqavilə imzalaya bilər.

 

Sportal.az xəbər verir ki, "Bayer Leverkuzen"in yetirməsi və 2012-ci ildə "Liverpul"a transfer olunan, ancaq ümidləri doğrultmayan gənc hücumçu özünə yeni komanda axtarışındadır.

 

"Fanatik" qəzetində yer alan məlumata görə, 22 yaşlı futbolçu "Qalatasaray"da baxışdadır. Yeşil özünü yaxşı tərəfdən göstərə bilsə, İstanbul klubu ilə müqavilə imzalayacaq.

 

Qeyd edək ki, 2012-ci ildə transfer olduğu "Liverpul"dan 2016-cı ildə ayrılan forvard ötən mövsüm İsveçrənin "Lüzern" klubunda icarə əsasında çıxış etmişdi. Almaniyanın aşağı yaş komandalarında oynayan Yeşil gələcəyin ulduzu hesab olunurdu.

Xəbər xətti