Burak Yılmaza görə işindən qovulan adam məhkəməyə şikayət etdi

11:26 - 20 Dekabr 2016

Türkiyə millisinin üzvü Burak Yılmazın avtobus sürücüsü ilə dava etdiyini xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, avtobusun sürücüsü Orhan Çimən ulduz oyunçunu məhkəməyə verib. Çimən bu barədə açıqlamsında bildirib:

 

“Burak avtobusun şüşəsinə əlini vurdu. Mən də pəncərəni açıb “nə lazımdır, həmyerlim?” deyə soruşdum. O isə üstümə hücum çəkməyə cəhd göstərdi. Mən də əlimə dəyənək götürdüm. Onu vurmaq niyyətim yox idi.
Sadəcə özümü qorumağa çalışdım. Burak Yılmaz olduğunu da sonradan öyrəndim. Onu indi də görsəm, tanımaram. Səhvim varsa, əlindən öpərəm. Amma ona qarşı yanlış heç nə etməmişəm. Onu məhkəməyə verdim. Çünki məni təhqir etdi. Burak da haqsız olduğumu bilir. Məni işdən də çıxarıblar. İcazəmi ləğv ediblər”.

 

Xəbər xətti