Şenol Günəşə fantastik təklif

11:44 - 20 Dekabr 2016

Son Türkiyə çempionu “Beşiktaş”ın çalışdırıcısı Şenol Günəşə Qətərdən təklif gəlib.

 

Sportal.az xəbər verir ki, Qətərin Ulduzlar Liqasında mübarizə aparan “Əl-Jais” klubu “qara qartallar”ın baş məşqçisinə təklif göndərib. “Beşikştaş”da illik 1,5 milyon avro əmək haqqı alan Günəşə Qətər klubu 6,5 milyon avro ödəməyə hazırdır. Təcrübəli mütəxəssisə 2 illik müqavilə təklif olunub.

 

Qeyd edək ki, 64 yaşlı baş məşqçi 2007/09-cu illərdə Asiyanın digər ölkəsi olan Cənubi Koreyanın “Seul” klubunu çalışdırıb.

Xəbər xətti