Ukrayna millisinin üzvü Yevgeni Seleznyov Donetskin “Şaxtyor” klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Yerli mətbuatın məlumatına görə, 31 yaşlı futboilçu karyerasını Türkiyədə davam etdirəcək. Onun yaxın günlərdə qardaş ölkəyə gələcəyi və Superliqada mübarizə aparan “Karabükspor”la müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Seleznyov bu mövsüm “Şaxtyor”un heyətində çıxıdığı 7 oyunda 2 qol vurmağı bacarıb. Hücumçu karyerası ərzində “Dnepr” və “Kuban” kimi klublarda da forma geyinib.
saytlarin hazirlanmasi