"Qalatasaray" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Sərdar Azizin uzun müddətli sıradan çıxması "sarı-qırmızılar"ı yeni müdafiəçi axtarışına məcbur edib. İstanbul klubu Norveçin "Molde" klubunun üzvü Veqard Forrenin xidmətində maraqlıdı.

 

Artıq norveçli müdafiəçinin menecerləri ilə danışıqlar başlayıb.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu "Molde"nin yetirməsidir.