"Fənərbaxça"ya qol vuran futbolçu dünyasını dəyişdi

11:11 - 21 Dekabr 2016

Türkiyənin “Amed Sportif” klubunun kapitanı Şehmuz Özer dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, futbolçunun ölümünə yol nəqliyyat hadisəsi səbəb olub. Belə ki, futbolçu toydan qayıdarkən qəzaya uğrayıb. Malatyadan Mardinə qayıdan futbolçunun avtomobili Elazığ yolunda uçuruma yuvarlanıb. Şehmuz hadisə yerindəcə dünyasını dəyişib.


Məlumatı “NTV Spor” telekanalına açıqlamasında klubun prezidenti Nurullah Eden də təsdiqləyib.

 

36 yaşlı futbolçu 6 gün öncə keçirilən kubok qarşılaşmasında "Fənərbaxça"nın qapısına cavab qolunu vurmuşdu. Bu qol sayəsində "Amed Sportif" evində "Fənərbaxça"yla 1:1 hesablı bərabərlik əldə etmişdi. 

 

Xəbər xətti