Millimizin üzvü oynamadı, komandası qələbə qazandı

19:22 - 22 Dekabr 2016

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ufuk Budakın şərəfini qoruduğu "Kayserispor" doğma meydanda "Darica Gənclərbirliyi"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 3 - 1 hesablı qələbəsiylə yekunlaşıb.

 

Ufuk Budakın adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, 3 turdan sonra aktivində 3 xal olan "Kayserispor" qrupda 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti