Ramilsiz "Trabzonspor" darmadağınla qalib gəldi

00:11 - 23 Dekabr 2016

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" doğma meydanda "Kızılcabölükspor"u qəbul edib. Ramilin adının iştirak ərizəsinə daxil edilmədiyi matç Qara Dəniz təmsilçisinin 5 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, bu nəticədən sonra aktivində 4 xal olan "Trabzonspor" H qrupunda 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti